UEFA-nın danışılmış oyunlarla bağlı nümayəndəsi Azərbaycan millisinin üzvləri ilə görüşüb

  Bölmə: Maqazin | 8740 | 01:22 29-12-2017
UEFA-nın danışılmış oyunlarla bağlı nümayəndəsi Azərbaycan millisinin üzvləri ilə görüşüb

UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Kamran Cəbrayılov Bakıda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvləri ilə görüşüb. 

Tədbirdə K.Cəbrayılov gəncləri danışılmış oyunlar mövzusu ilə bağlı məlumatlandırıb. Görüşün təşkilində əsas məqsəd gənc futbolçulara danışılmış oyunların mahiyyəti barədə məlumat vermək, onları danışılmış oyunlardan qorumaq və çəkindirməkdir.


Digər xəbərlər