"Qalatasaray" liderlik şansını əldən verdi - VİDEO

  Bölmə: Xarici futbol | 5971 | 09:28 05-02-2018
"Qalatasaray" liderlik şansını əldən verdi - VİDEO
Türkiyə Superliqasının XX turunda "Qalatasaray" səfərdə "Sivasspor"la üz-üzə gəlib.
 
Qarşılaşma qonaqların 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Matçda hesab 16-cı dəqiqədə açılıb. Meydan sahiblərinin heyətində Delvin Ndinqa fərqləlib.
 
"Sivasspor" 58-ci dəqiqədə Arouna Konenin penalti zərbəsi ilə fərqi iki topa çatdırıb. "Qalatasaray"ın yalnız təsəlli qoluna gücü çatıb. 79-cü dəqiqdə Eren Derdiyok hesab arasındakı fərqi azaldıb. İstanbul təmsilçisi bu matçda qalib gələcəyi təqdirdə birinci pilləyə yüksələ bilərdi.

Digər xəbərlər