UEFA AFFA-ya yardımı artırdı

  Bölmə: Maqazin | 5796 | 10:52 27-02-2018
UEFA AFFA-ya yardımı artırdı
UEFA Avropada futbolun inkişafı üçün rekord məbləğdə qrant ayıracaq.
 
Bununla bağlı qərar UEFA-nın bu gün Slovakiyanın paytaxtı Bratislavada keçirilən 42-ci Konqresində qəbul olunub.
 
UEFA-nın 2020 – 2024-cü illərdə "HatTrick V” inkişaf layihəsi üçün 55 milli assosiasiyaya ümumilikdə 775,5 milyon avro ödəniləcək. Nəticədə hər bir assosiasiya, o cümlədən AFFA 4 il ərzindən 14,1 milyon avro alacaq.
 
Bu məbləğ 2016 – 2020-ci illəri əhatə edən və 600 milyon büdcəsi olan əvvəlki layihəni 30 faiz üstələyir.

Digər xəbərlər