Ruslan Abışov: "Qəbələ” çempionluğa oynayan komandadır" - VİDEO

  Bölmə: Ölkə futbolu | 6595 | 00:31 02-03-2018
Ruslan Abışov: "Qəbələ” çempionluğa oynayan komandadır" - VİDEO
"Neftçi” PFK Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində qarşılaşacağı "Qəbələ” klubu ilə oyunun hazırlığını davam etdirir.
 
Komanda bu gün İsmət Qayıbov adına təlim-məşq bazasında məşq keçib. Komandanın kapitanı Ruslan Abışov Neftçi TV-yə açıqlamasında "Qəbələ” ilə oyuna hazırlığı dəyərləndirib:
 
"Hazırlıq yaxşı keçir, futbolçular həvəslə məşq edirlər. Bilirik, çətin səfər matçı olacaq. "Qəbələ” çempionluğa oynayan komandadır, buna görə də bizi çətin bir görüş gözləyir. "Zirə” ilə oyunda buraxdığımız səhvlərdən nəticə çıxarıb bu qarşılaşmada qələbə qazanmalıyıq. Futbolda məğlubiyyətlər, heç-heçələr olur, amma önəmlisi budur ki, belə vəziyyətlərdə komanda şəklində bir olaq, toparlanıb qarşıdakı oyunlara yaxşı hazırlaşaq. Çox şükür ki, bu cəhətdən problemimiz yoxdur. Hər şey qaydasındadır, futbolçuların vəziyyəti yaxşıdır. İnanıram ki, martın 4-də komanda olaraq meydanda öz sözümüzü deyəcəyik”.
 
Xatırladaq ki, martın 4-də Qəbələ şəhər stadionunda olacaq "Qəbələ” – "Neftçi” oyunu saat 15:30-da başlanacaq.


Digər xəbərlər