Gimnastlarımız finalda

  Bölmə: Digər növlər | 8110 | 12:56 16-03-2018
Gimnastlarımız finalda
Milli Gimnastika Arenasında İdman Gimnastikası üzrə Dünya Kubokuna start verilib.
 
Günün nəticələrinə əsasən, Azərbaycanın qadın gimnastları 2 alətdə finala vəsiqə qazanıblar. Dayaqlı tullanmada Marina Nekrasova, Yuliya İnşına, parallel qollarda isə M. Nekrasova və Mariya Smirnova medallar uğrunda mübarizə aparacaqlar.
 
İdmançıların təsnifat yarışlarının ardınca isə turnirin açılış mərasimi start götürüb.
 
İlk olaraq, tədbirdə açılış sözü ilə çıxış edən Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev iştirakçıları salamlayaraq, bu gün ölkədə idmançılar üçün yaradılmış beynəlxalq standartlara cavab verən şəraitdən danışıb. Azərbaycanda bir çox irimiqyaslı yarışların təşkil olunduğunu qeyd edən Y.Məmmədəliyev, bütün bunların həyata keçirilən uğurlu gənclər və idman siyasətinin nəticəsi olduğunu vurğulayıb.
 
Rəsmi hissə bitdikdən sonra izləyicilərə "Gimnastika – gələcəyin səsi” adlı kompoziya təqdim olunub. Gənc ifaçı, adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na daxil olan 12 yaşlı Fidan Hüseynzadə tamaşaçılarla bərabər Dövlət Himnimizi səsləndirərək, bədii hissəyə giriş edib. Ardınca isə meydança azyaşlı gimnastların ixtiyarına verilib. Maraqlı şou proqramla izləyicilərin qarşısına çıxan 130-dan çox gimnast öz bacarıqlarını sərgiləyərək, açılış mərasiminə yekun vurublar.
 
Qeyd edək ki, bu gün xanın gimnastlar sərbəst hərəkətlər və gimnastika tirində təsnifat yarışlarına qatılacaqlar. 

Digər xəbərlər