AFFA azarkeşlərdən üzr istədi

  Bölmə: Ölkə futbolu | 6431 | 23:45 23-03-2018
AFFA azarkeşlərdən üzr istədi
AFFA Azərbaycan və Belarus yığmaları arasındakı yoldaşlıq oyunu ilə əlaqədar azarkeşlərdən üzr istəyib.
 
Səbəb görüş zamanı texniki qüsura yol verilməsidir. Bu səhv stadionun tablosunda AFFA tərəfindən yeni şriftlərdən istifadə olunduğu üçün daxil olunmuş sözlərdə bəzi hərflərin oxunmaması ilə əlaqədardır: "Bununla bağlı azarkeşlərimizdən üzr istəyirik".
 
Qeyd edək ki, görüş Belarusun qələbəsi ilə yekunlaşıb - 1:0. 

Digər xəbərlər