Millimiz itki ilə üzləşdi

  Bölmə: Ölkə futbolu | 4472 | 09:49 27-03-2018
Millimiz itki ilə üzləşdi
Azərbaycan milli komandası Makedoniya yığması ilə martın 27-də Türkiyənin Antalya bölgəsində keçirəcəyi yoldaşlıq görüşü ərəfəsində futbolçu itkisi ilə üzləşib. 
 
Millinin mətbuat xidmətindən verilən məlumatına görə, Ukrayna "Aleksandriya"sından dəvət olunmuş Pavel Paşayev zədələnib. 30 yaşlı müdafiəçi martın 23-də Belarusla qarşılaşmada ayağından xəsarət alıb. Nəticədə o, 46-cı dəqiqədə yerini digər legioner Dmitri Nazarova verib. Paşayev hazırda millinin düşərgəsində olsa da, sabahkı matçda çıxış etməyəcək. 
 
Qeyd edək ki, "Mardan" stadionunda keçiriləcək Azərbaycan - Makedoniya matçı Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.  

Digər xəbərlər