"Neftçi" - "Sumqayıt" matçının vaxtı müəyyənləşdi

  Bölmə: Ölkə futbolu | 3361 | 10:21 04-04-2018
"Neftçi" - "Sumqayıt" matçının vaxtı müəyyənləşdi
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII turun oyun cədvəli açıqlanıb. 
 
Mərkəzi görüşlər aprelin 8-nə təyin olunub. Həmin gün əvvəlcə "Zirə" "Qəbələ"ni, sonra isə "Neftçi" "Sumqayıt"ı qəbul edəcək. Tura isə aprelin 7-də Gəncədə autsayderlərin qarşılaşması ilə start veriləcək. Daha sonra lider "Qarabağ" "Səbail"i qəbul edəcək. 
 
Bütün görüşlər "CBC Sport” kanalı vasitəsi ilə yayımlanacaq. 
 
7 aprel (şənbə)
 
"Kəpəz” – "Keşlə”
Gəncə şəhər stadionu, 15:00
 
"Qarabağ” – "Səbail”
"Azersun Arena”, 18:30
 
8 aprel (bazar)
 
"Zirə” – "Qəbələ”
Zirə İdman Kompleksinin stadionu, 16:30
 
"Neftçi” – "Sumqayıt”
"Bakcell Arena”, 18:30

Digər xəbərlər