Berti Foqts: "Bu təyinat mənim üçün təəccüblü deyil"

  Bölmə: Maqazin | 8069 | 15:18 14-04-2018
Berti Foqts: "Bu təyinat mənim üçün təəccüblü deyil"
"Niko Kovaçın "Bavariya"nın baş məşqçi postuna təyinatı əla qərardır və mənim üçün təəccüblü deyil".
 
Bunu futbol üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Berti Foqts deyib. 72 yaşlı mütəxəssis bildirib ki, Kovaç "Ayntraxt"dakı işi ilə ayrı-ayrı oyunçuları və komandanı daha yaxşı səviyyəyə çatdırmağa qadir olduğunu göstərib: "O, komandanı Almaniya Kubokunu finalına çıxarıb. Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparan güclü kollektiv formalaşdırıb. Niko sübut edib ki, Bundesliqaya həyəcan qatmağa qadirdir. Xorvatiya millisinin baş məşqçisi kimi də təcrübə toplayıb".
 
Qeyd edək ki, Berti Foqts Azərbaycan millisində 2008 - 2014-cü illərdə çalışıb. Niko Kovaç isə 2001 - 2003-cü illərdə futbolçu qismində "Bavariya"nın formasını geyinib. Hazırda "Ayntraxt"a rəhbərlik edən Kovaç Münhen komandasının sükanı arxasına cari mövsüm yekunlaşdıqdan sonra keçəcək.   

Digər xəbərlər