Emre Can "Yuventus"la razılaşdı

  Bölmə: Xarici futbol | 8612 | 10:57 02-06-2018
Emre Can "Yuventus"la razılaşdı
İngiltərənin "Liverpul" klubunun yarımmüdafiəçisi Emre Can azad agent statusunda İtaliya "Yuventus"una keçməyə yaxındır.
 
24 yaşlı futbolçu artıq Turin klubu rəhbərliyi ilə müqavilənin şərtlərini razılaşdırıb.
 
Türkiyə əsilli futbolçunun "Yuventus" klubu ilə müqaviləsi 4 il müddətinə nəzərdə tutulub. Oyunçu yaxın günlərdə tibbi müayinədən keçəcək.
 
Emrə ötən mövsüm İngiltərə Premyer Liqasında "Liverpul"a 26 matçda köməklik edib, 3 qol vurub və 4 məhsuldar ötürmə edib. O, son üç ayı belindən aldığı travmadan sonra bərpa prosesi keçib.
 
Can mersisayd klubuna 2014-cü ildə Almaniyanın "Bayer" klubundan keçib.

Digər xəbərlər