Xorvatiya - Nigeriya: Ən yaxşı futbolçu o seçildi

  Bölmə: Xarici futbol | 6712 | 01:22 17-06-2018
Xorvatiya - Nigeriya: Ən yaxşı futbolçu o seçildi

Rusiyada təşkil olunan futbol üzrə dünya çempionatı çərçivəsində bu gün keçirilmiş Xorvatiya - Nigeriya matçının ən yaxşı oyunçusu müəyyənləşib. Qarşılaşmanın ən yaxşısı Xorvatiya yığmasının yarımmüdafiəçisi Luka Modriç seçilib.

Bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb.


Qeyd edək ki, Xorvatiya yığması bu oyunda 2:0 hesabıyla qalib gəlib. Komandasının ikinci qolunu da məhz Madrid “Real”ında çıxış edən Modriç vurub.


Digər xəbərlər