"Trabzonspor" Şeydayevi saxlayacaq: "O, baş məşqçidən "afərin" qazandı"

  Bölmə: Xarici futbol | 5405 | 09:43 23-07-2018
"Trabzonspor" Şeydayevi saxlayacaq: "O, baş məşqçidən "afərin" qazandı"

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev "Trabzonspor"a qalması gündəmə gəlib. Bu haqda məlumat yayan Türkiyə 22 yaşlı hücumçumuzun klubunda təlim-məşq toplanışında diqqət çəkməsiylə bunu əsaslandırıb: "Mattersburq"a transferi gerçəkləşmədiyi üçün toplanışa olduqca üzgün başlayan Ramil Şeydayev ğzünə gəldi. Azəri futbolçu toplanışın ikinci mərhələsində performansıyla diqqət çəkdi. Gənc oyunçu bu dönəmdə 5 qol vuraraq baş məşqçi Ünal Karamandan "afərin" aldı. Onun heyətdə saxlanılması gündəmə gəldi".


Digər xəbərlər