"Neftçi" klubu "Qarabağ"la görüşdən əvvəl azarkeşlərinin dəstəyi ilə məşqə çıxıb - VİDEO

  Bölmə: Maqazin | 9688 | 09:23 27-10-2018
"Neftçi" klubu "Qarabağ"la görüşdən əvvəl azarkeşlərinin dəstəyi ilə məşqə çıxıb - VİDEO

Azərbaycan Premyer Liqasının 9-cu turunda "Bakcell Arena”da keçiriləcək "Neftçi” – "Qarabağ” oyununun biletləri satışa çıxarılıb.

Qiymət VİP yerlərə 5 manat, qalan bütün sektorlara isə 1 manat təşkil edir. 

Azarkeşlər biletləri "Bakcell Arena”nın kassalarından əldə edə bilərlər. 

Paytaxt klubu bu qarşılaşmadan öncə açıq məşqə çıxıb. Komandanın "Türk Hava Yolları Futbol Mərkəzi”ndəki hazırlıq prosesində fanatlar futbolçulara öz dəstəklərini nümayiş etdiriblər.  

Qeyd edək ki, oktyabrın 28-də keçiriləcək "Neftçi" - "Qarabağ" matçı saat 17:00-da başlayacaq. 

 


Digər xəbərlər