AFFA-nın baş katibi Azərbaycan yığması ilə görüşüb

  Bölmə: Ölkə futbolu | 20560 | 21:12 10-11-2018
AFFA-nın baş katibi Azərbaycan yığması ilə görüşüb

AFFA-nın Baş katibi Elxan Məmmədov“Dalğa Arena”nın ərazisində yerləşən Milli komandaların Məşq Mərkəzində 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ilə görüşüb.

Görüşdə əsas millinin baş məşçisi Qurban Qurbanov və U-21 yığmasına rəhbərlik edən Rəşad Sadıqov da iştirak edib. Baş katib Avropa çempionatının seçmə mərhələsində U-19-a uğurlar arzulayıb, müvafiq tövsiyələrini verib. Komandanın baş məşqçisi Vüqar Məmməd göstərilən diqqətə görə minnətdarlığını bildirib, seçmə mərhələdə uğur qazanmağa çalışacaqlarını deyib.

Qeyd edək ki, 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığması 1-ci qrupda mübarizə aparacaq. Noyabrın 14-də rəqib İsrail, 3 gün sonra Gürcüstan, 20 noyabrda isə Lixtenşteyn olacaq. Bu qrupun oyunları Gürcüstanın paytaxtı Tbilisidə təşkil ediləcək.


Digər xəbərlər