Azərbaycan klubları AFFA-ya yeni konsepsiya təqdim edəcək

  Bölmə: Ölkə futbolu | 13092 | 21:14 20-11-2018
Azərbaycan klubları AFFA-ya yeni konsepsiya təqdim edəcək

“UEFA tərəfindən ayrılan vəsait uşaq və gənclər futbolunun inkişafına yönəlməlidir”.

Bunu AFFA-nın baş katibi Elxan Məmmədov UEFA tərəfindən Azərbaycanın 7 klubunun hər biri üçün ayrılan 507 579,57 avronun təyinatı barədə danışarkən deyib. 

Milli assosiasiyanın rəsmisi bildirib ki, klublar bununla bağlı AFFA-ya konsepsiya təqdim etməlidir: “Artıq klublarla fərdi şəkildə danışmışıq. Hər bir klub uşaq və gənclər futbolu ilə bağlı konsepsiya təqdim etməlidir. Orada bu vəsiati hara xərcləyəcəklərini göstərməlidirlər. Yəni, bunun hesabatını verməlidirlər”.

Qeyd edək ki, UEFA 2016/2017 mövsümündə Azərbaycan Premyer Liqasında çıxış etmiş, Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmamış klubların hər birinə 507 579,57 avro vəsait ayırıb. Bunlar "Zirə", "Keşlə", "Sumqayıt", "Səbail", "Neftçi", "Kəpəz" və "Qəbələ"dir. "Qarabağ" 2016-2017 mövsümünün yekununda Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandığı üçün bu vəsaiti əldə etməyib. 


Digər xəbərlər