Kosovo yığması UEFA Millətlər Liqasının VI tur matçında Azərbaycan millisinə böyük hesabla qalib gəlib.
Meydan sahiblərinin heyətində 10 nömrəli oyunçu Arber Zeneli 3 dəfə, 13 nömrəli oyunçu Amir Rrahmani isə 1 dəfə fərqlənib.
Qarşılaşma Kosovo yığmasının 4:0 hesablı qələbəsi ilə başa çatıb.
UEFA Millətlər Liqası
D liqası, III Qrup
VI tur
23:45. Kosovo - Azərbaycan
Baş hakim: Benua Miyo
Yan xətt hakimləri: Medi Ramuni, Bertran Juannu
Əlavə köməkçi hakimlər: Frank Şnayder, Kərim Abed
Dördüncü hakim: Benjamen Pajes (hakimlər briqadası Fransadandır)
Hakim-inspektor: Aleksandr Qvardis (Rusiya)
UEFA nümayəndəsi: Antonio Talariko (İtaliya)
Priştina. “Fadil Vokrri” stadionu