"Qarabağ"ın oyununun vaxtı dəyişdirilib

  Bölmə: Ölkə futbolu | 16409 | 20:16 30-11-2018
"Qarabağ"ın oyununun vaxtı dəyişdirilib

 Azərbaycan Premyer Liqasının XIII turunun oyun cədvəlində dəyişiklik edilib.

 Peşəkar Futbol Liqası (PFL) “Qarabağ” – “Keşlə” matçının 2 dekabrda deyil, ertəsi gün keçirilməsinə qərar verib. Dəyişiklik “Qarabağ”ın müraciəti və “Keşlə”nin razılıq məktubu əsasında gerçəkləşib. Bazar ertəsi Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 19:00-da başlayacaq.

Dəyişikliyin səbəbi “Qarabağ”ın və Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun dekabrın 2-də İrlandiyanın paytaxtı Dublində 2020-ci il Avropa çempionatının seçmə mərhələsinin püşkatmasına qatılmasıdır.


Digər xəbərlər