Avropa çempionatında iştirak edəcək Azərbaycan atletlərinin adları açıqlanıb

  Bölmə: Digər növlər | 6077 | 19:28 23-02-2019
Avropa çempionatında iştirak edəcək Azərbaycan atletlərinin adları açıqlanıb

 Şotlandiyanın Qlazqo şəhərində keçiriləcək atletika üzrə qış Avropa çempionatı üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb.

Azərbaycan Atletika Federasiyasından verilən məlumata görə, martın 1-də start götürəcək yarışa 2 idmançı yollanacaq. Nazim Babayev 3 təkanla tullanma, Zəkiyyə Həsənova isə 60 metr məsafəyə qaçış növlərində mübarizə aparacaq.

Qeyd edək ki, Avropa çempionatı 3 gün davam edəcək.


Digər xəbərlər