Usta cüdoçular arasında Azərbaycan çempionatı keçirilib

  Bölmə: Digər növlər | 6233 | 08:58 27-02-2019
Usta cüdoçular arasında Azərbaycan çempionatı keçirilib

Usta cüdoçular arasında Azərbaycan çempionatı keçirilib.

 Bakı İdman Sarayında baş tutan yarışda müxtəlif kateqoriyalar üzrə 110 veteran idmançı medallar uğrunda mübarizə aparıb. Turnirin qalib və mükafatçılarına medallar, Azərbaycan Cüdo Federasiyasınin diplomları təqdim olunub.

Qeyd edək ki, usta cüdoçular arasında respublika çempionatının qalibləri Avropa birinciliyində mübarizə aparacaq. Fevralın 25-də həmçinin para cüdo üzrə Azərbaycan çempionatı təşkil olunub. Yarışda gözdən əlil 32 cüdoçu iştirak edib. Qalib olun idmançılara Cüdo Federasiyasının və Milli Paralimpiya Komitəsinin diplomları, medallar təqdim olunub.


Digər xəbərlər