Alman qapıçı: "Gərək Bəhramovun adını "Uembli" stadionuna qoyardız"

  Bölmə: Maqazin | 532 | 19:39 29-01-2021
Alman qapıçı: "Gərək Bəhramovun adını "Uembli" stadionuna qoyardız"

Tofiq Bəhramovla 1977-ci ildən 1992-ci ilə kimi İdman İdarəsi Komitəsində 15 il birgə çalışmışıq. Onun haqqında saatlarla danışmaq olar, çöx böyük hakim və insan olub. SSRİ-də dəfələrlə ən yaxşı hakimlərdən biri seçilib. İki dünya çempionatında iştirak edib. Bəhramovun futbolçu karyerası uğurlu olmayıb. “Neftçi”də müdafiəçi oynayıb, hətta oyunlardan birində 2 avtoqolla yadda qalıb. Bir müddət “Neftçi” komandasının rəisi çalışdı, daha sonra hakim olmaq təklif edildi. O, hakimliyi elə sürətlə mənimsədi ki, illərlə SSRİ-nin ən güclü ədalət qoruyucularından oldu. Heç kimə sirr deyil ki, Bəhramovun idarə etdiyi ən məşhur oyun 1966-cı il futbol üzrə dünya çempionatının Almaniya - İngiltərə görüşü olub. Bu matç haqqında söz-söhbətlər hələ də davam edir. Bir neçə il əvvəl həmin qarşılaşmada almanların qapıçısı olan Hans Tilkovski Bakıya gəlmişdi. Onunla görüşdük, aramızda aşağıdakı dialoq oldu:

 (Tofiq Bəhramovun şəklini göstərərək) Bu şəxsi tanıyırsınız?

-Şəkilə baxıb fikrə getdi.

1966-cı il finalında 3-cü qolu qeydə alan hakimdir, Tofiq Bəhramov. Mərkəzi stadionumuz onun adını daşıyır.

-(Gülərək) Hə, xatırladım, amma gərək Bəhramovun adını İngiltərədəki “Uembli” stadionuna qoyardınız (həmin məşhur final “Uembli”də keçirilmişdi).

Tofiq Bəhramovun böyüklüyünü göstərən faktlardan biri də Moskvada keçirilən Lev Yaşinin vida görüşü

SSRİ yığması ilə Dünya yığması arasında matçı idarə etməsi idi. Məhz Yaşinin xahişi ilə qarşılaşmanın baş hakimi Tofiq Bəhramov olmuşdu.

Peşəkar Futbol Liqasının baş direktoru Məlik Həsənov


Digər xəbərlər