Azərbaycan Kuboku: "Qarabağ" yarımfinala vəsiqə qazanıb

  Bölmə: Ölkə futbolu | 525 | 18:11 06-02-2021
Azərbaycan Kuboku: "Qarabağ" yarımfinala vəsiqə qazanıb

Fevralın 6-da futbol üzrə Azərbaycan kubokunun dörddəbir final mərhələsinin birinci cavab qarşılaşması keçirilib.

OLİMPSPORT xəbər verir ki, günün birinci matçında "Qəbələ" öz meydanında Ağdamın "Qarabağ" klubunu qəbul edib. Qəbələ şəhər stadionunda baş tutan görüşdə Ağdam təmsilçisi meydan sahiblərinin qapısından üç cavabsız top keçirib. "Qarabağ"ın qollarını Maksim Medvedev (6) və Patrik Andrade (45+4, 48) vurublar. Beləliklə, birinci oyunda da Qəbələ təmsilçisini 3:1 hesabı ilə məğlub edən ağdamlılar yarımfinala vəsiqə qazanıblar.

Günün digər matçında isə "Səbail" doğma meydanda "Sumqayıt"ı qəbul edəcək. Ölkə kubokunun dörddəbir final mərhələsinin digər iki matçı fevralın 7-də keçiriləcək. Bu oyunlarda "Kəpəz" klubu "Keşlə"ni, "Zirə" isə "Neftçi"ni qəbul edəcək.


Digər xəbərlər