Məhəmmədəlini məğlub etmiş boksçu vəfat edib

  Bölmə: Maqazin | 585 | 17:41 07-02-2021
Məhəmmədəlini məğlub etmiş boksçu vəfat edib

Vaxtilə Məhəmməd Əliyə qalib gəlməsi ilə məşhurlaşmış peşəkar boksçu Leon Spinks 67 yaşında vəfat edib.

OLİMPSPORT CNN telekanalına istinadla xəbər verir ki, Spinks son beş ildə xərçəng xəstəliyi ilə mübarizə aparırdı.

24 yaşlı Leon Spinks və karyerasını baş vurmağa hazırlaşan 36 yaşlı Məhəmməd Əli arasında döyüş 1978-ci il fevralın 15-də olmuşdu. Bu, gənc boksçunun səkkizinci peşəkar döyüşü idi və o, təcrübəli rəqibi üzərində qələbə qazanmışdı. Əli revanş almaq qərarına gəlmiş və həmin ilin sentyabrında Spinksi məğlub etmişdi.

Boksçu karyerasını 25 il bundan əvvəl başa vuran Leon Spinks keçirdiyi 46 döyüşün 26-da qələbə qazanmış, 17-də məğlub olmuşdu. Daha üç döyüş isə heç-heçə nəticələnmişdi.


Digər xəbərlər