Məsut Özilin "Fənərbaxça" forması rekord məbləğə satılıb

  Bölmə: Maqazin | 444 | 18:27 15-02-2021
Məsut Özilin "Fənərbaxça" forması rekord məbləğə satılıb

Məsut Özilin “Fənərbağça” forması rekord məbləğə satılıb

 “Fənərbağça”nın Məsut Özilin imzaladığı 3 formanı satdığı qiymət müəyyənləşib. OLİMPSPORT xəbər verir ki, yarımmüdafiəçinin təqdimat mərasimində imzaladığı formalardan “Fənərbağça”nın ümumilikdə 36 min 50 avro əldə etdiyi açıqlanıb. Belə ki, sarı-lacivərt zolaqlı ev forması 26 min, qızılı dizaynlı forma 4 min 800, lacivərt rəngli forma isə 5 min 250 avroya satılıb. “Matchwornshirt” saytında satışa çıxarılan zolaqlı forma rekord qiymətə alınıb. Belə ki, həmin futbolka Neymarın 13 min avroluq PSJ formasını da geridə qoyub.


Digər xəbərlər