Səlim Abbasovun ailəsinə ağır itki baş verib

  Bölmə: Maqazin | 504 | 15:04 09-03-2021
Səlim Abbasovun ailəsinə ağır itki baş verib

Əməkdar artist Səlim Abbasovun anası koronavirusdan dünyasını dəyişib.

OLİMPSPORT xəbər verir ki, skripka ifaçısının valideyni bu gün müalicə aldığı Zığda yerləşən modul tipli xəstəxanada vəfat edib.

Qeyd edək ki, S. Abbasov ötən gün instaqram hesabında açıqlama yayaraq anasının koronavirusa yoluxduğunu və vəziyyətinin ağır olduğunu bildirmişdi. Əməkdar artistin atası Vaqif Abbasov isə üç gün əvvəl “COVID-19”dan həyatını itirib.

Xatırladaq ki, Səlim Abbasov OLİMPSPORT-un keçirdiyi futbol turnirlərində incəsənət komandasının tərkibində dəfələrlə yarışlarda iştirak edib. 

OLİMPSPORT kollektivi adından sənətkara baş sağlığı veririk.

Allah rəhmət eləsin! 


Digər xəbərlər