Azərbaycan Moldova millisini məğlub edib

  Bölmə: Digər növlər | 417 | 23:45 09-03-2021
Azərbaycan Moldova millisini məğlub edib

Futzal üzrə Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti matçına çıxıb.

OLİMPSPORT xəbər verir ki, 3-cü qrupda yer alan yığmamız Moldovanın qonağı olub. Çoresku şəhərindəki "FMF Arena"da oynanılan görüş yığmamızın qəəbəsi ilə başa çatıb - 5:3. Bu komandalar arasında Bakıdakı ilk qarşılaşmada da millimz qalib gəlmişdi - 5:1.

Qeyd edək ki, 4 oyundan sonra Azərbaycan yığması 12 xalla 1-ci, Moldova 4 xalla 3-cü pillədə qərarlaşıb. Joze Alesionun komandası bu qələbə ilə qrupda ilk iki yerdən birini təmin edib. 

Moldova - Azərbaycan - 3:5

Qollar: Adrian Laşku, 31, Sergey Nikolayçuk, 36, Andrey Neqara, 37 - Hadi Ahmedi, 7, Vassura, 37, 23, Ramiz Çovdarov, 28, Yulian Kojokaru, 35 (avtoqol)

Hakimlər: Damian Qrabovski, Yasin Alageyik (Belçika), Viktor Bugenko (Moldova)

Çoresku, "FMF Arena"

09 mart


Digər xəbərlər