ÇL-in finalına azarkeşlər buraxılacaq?

  Bölmə: Xarici futbol | 424 | 22:01 18-03-2021
ÇL-in finalına azarkeşlər buraxılacaq?
UEFA bu il Çempionlar Liqasının final matçında azarkeşlərin iştirak etməsinin tərəfdarıdır.
 
OLİMPSPORT xəbər verir ki, bu barədə ESPN məlumat yayıb. Final matçında məhdud sayda azarkeşin iştirakına icazə veriləcəyi bildirilib.
 
Çempionlar Liqasında sabah 1/4 final mərhələsinin püşkü atılacaq. Turnirdə İngiltərədən “Çelsi”, “Liverpul”, “Mançester Siti”, Almaniyadan “Bavariya”, “Borussiya” (Dortmund), Fransadan PSJ, İspaniyadan “Real” mübarizə aparır. ÇL-də bu mövsümkü oyunlar azarkeşsiz keçirilib.
 
Çempionlar Liqasının final matçı mayın 29-da, Türkiyənin İstanbul şəhərində keçiriləcək.

Digər xəbərlər