Tanınmış baş məşqçi ilə yollar ayrıldı

  Bölmə: Xarici futbol | 578 | 13:05 19-03-2021
Tanınmış baş məşqçi ilə yollar ayrıldı

Rusiya Premyer Liqası klublarından "Rotor" baş məşqçisi Aleksandr Xatskeviçlə yollarını ayırıb.

OLİMPSPORT xəbər verir ki, 48 yaşlı belaruslu mütəxəssis uğursuz nəticələrə görə istefaya göndərilib.

Komanda son olaraq Premyer Liqanın 29-cu turunda "Rostov"a evdə 0:4 hesabı ilə uduzub. "Rotor" Xatskeviçi kimin əvəzləyəcəyini açıqlamayıb.

"Rotor" hazırda 18 xalla 13-cü pillədə qərarlaşıb. Aleksandr Xatskeviç 2019-cu ilin dekabrından komandanın sükanı arxasında olub. O, 1993 - 2005-ci illərdə Belarus yığmasında, 2017 - 2019-cu ildə isə Ukraynanın "Dinamo" (Kiyev) klubunda baş məşqçi kimi çalışıb.


Digər xəbərlər