Hacı Əliyev Vazgen Tevanyana qarşı

  Bölmə: Güləş | 578 | 13:07 19-03-2021
Hacı Əliyev Vazgen Tevanyana qarşı

Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə Avropa Olimpiya Təsnifat Turniri davam edir.

OLİMPSPORT xəbər verir ki, yarışın ikinci günündə 5 çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçilər həlledici görüşlərə çıxacaq.

Azərbaycan millisinin 5 üzvü də medallar uğrunda mübarizə aparacaq. Tokio-2020 Olimpiya Oyunlarına lisenziya qazanan iki idmançımız finalda qüvvəsini sınayacaq. Hacı Əliyev erməni Vazgen Tevanyan, Hacımurad Hacıyev gürcü Avtandil Kentçadze ilə qarşılaşacaq.

Bürünc medal görüşünə çıxacaq İslam Bazarqanov moldovalı Petru Krakiunla üz-üzə gələcək. Camaləddin Məhəmmədovun rəqibi isə təsəlliverici görüşdə bəlli olacaq. Abubakr Abakarovun təsəlliverici qarşılaşmadakı rəqibi erməni Hovannes Mxitaryanla münasibətlərini aydınlaşdıracaq.
 
Bakı vaxtı ilə saat 14:00-da təsəlliverici görüşlər, 19:00-da isə medallar uğrunda qarşılaşmalar start götürəcək.

Sərbəst güləş
57 kq

Bürünc medal görüşü: İslam Bazarqanov - Petru Krakiun (Moldova)

65 kq
FİNAL. Hacı Əliyev - Vazgen Tevanyan (Ermənistan)

74 kq
FİNAL. Hacımurad Hacıyev - Avtandil Kentçadze (Gürcüstan)

86 kq
Təsəlliverici görüş: Abubakr Abakarov - Hovannes Mxitaryan (Ermənistan)

125 kq
Bürünc medal görüşü: Camaləddin Məhəmmədov - Xose Vaskes (İspaniya) / Paris Karepi (Albaniya)

Qeyd edək ki, bu gün qadın güləşçilər də mübarizəyə qoşulub.


Digər xəbərlər