AL-da püşk atılır

  Bölmə: Xarici futbol | 490 | 13:11 19-03-2021
AL-da püşk atılır

Bu gün Avropa Liqasında 1/4 final və yarımfinal mərhələsinin püşkatma mərasimi keçiriləcək.

OLİMPSPORT xəbər verir ki, tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Kor püşk zamanı komandalar reytinqinə və ölkəsinə görə ayrılmayacaq. 1/8 finalı adlayan iştirakçılar növbəti rəqiblərini tanıyacaq.

“Ayaks” (Niderland)
“Arsenal” (İngiltərə)
“Qranada” (İspaniya)
“Dinamo” (Xorvatiya)
“Mançester Yunayted” (İngiltərə)
“Roma” (İtaliya)
“Slaviya” (Çexiya)
“Vilyarreal” (İspaniya)

1/4 final aprelin 8-də və 15-də, yarımfinal aprelin 29-da və mayın 6-da, final isə mayın 26-da Qdanskda (Polşa) keçiriləcək.


Digər xəbərlər