Türkiyə Superliqası: "Qalatasaray" - "Rizəspor" matçında 7 qol!

  Bölmə: Xarici futbol | 513 | 05:10 20-03-2021
Türkiyə Superliqası: "Qalatasaray" - "Rizəspor" matçında 7 qol!

Türkiyə Superliqası: "Qalatasaray" - "Rizəspor" matçında qapılara yeddi qol vurulub

 Martın 19-da futbol üzrə Türkiyə çempionatının XXXI turu çərçivəsində keçirilən qarşılaşmada “Qalatasaray” doğma meydanda “Rizəspor”u qəbul edib.

OLİMPSPORT xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə İstanbul təmsilçiləri qonaqlara 3:4 hesabı ilə məğlub olublar. "Qalatasaray"ın qollarını Deandre Yedlin (14), Emre Akbaba (31) və Yassine Meriah (74) vurublar. Rizə klubunun heyətində isə Samu (2), Fernando Boldrin (41), Milan Skoda (54) və Fernando Santos (90+2) fərqləniblər. Günün digər matçında isə “Fatih Karagümrük” doğma meydanda “Kayserispor”un qapısından üç cavabsız top keçirib.

Turun digər oyunları martın 20 və 21-də keçiriləcək.

Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 63 xalla “Beşiktaş” başçılıq edir. İkinci pillədə 61 xal toplayan “Qalatasaray”, üçüncü pillədə isə 58 xala malik olan “Fənərbağça” qərarlaşıb.

Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. XXXI turda “Hatayspor” istirahət edir.


Digər xəbərlər