"Bu məğlubiyyətdən ən pis olan, ən çox əziyyət çəkən özüməm" - Hacı Əliyev

  Bölmə: Güləş | 447 | 13:33 20-03-2021
"Bu məğlubiyyətdən ən pis olan, ən çox əziyyət çəkən özüməm" - Hacı Əliyev

"Sevinirəm ki, Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazandım. Həqiqətən də, bu yarışda finala çıxmaq mənim üçün çox önəmli idi və bunu bacardım. Federasiyamız başda olmaqla, bütün əziyyəti olan məşqçilərimə təşəkkür edirəm".

OLİMPSPORT xəbər verir ki, bunu Azərbaycan sərbəst güləşçisi Hacı Əliyev Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Olimpiya Təsnifat Turnirindəki çıxışı barədə danışarkən deyib.

3 qat dünya və 3 qat Avropa çempionu yarışa tam hazır vəziyyətdə qatılmadığını bildirib: "Yarışdan iki ay öncə gözümdən ağır əməliyyat keçirmişdim və turnirə qatılmağım sual altında idi. Buna baxmayaraq, həkimlərin də məsləhəti ilə bu yarışa gəldim və mənə lazım olan işi gördüm. Qalibiyyət də, məğlubiyyət də Allahdandır. Bizlər sadəcə, mübarizə aparırıq. Mənə hər zaman dəstək olduğunuz üçün sizlərə təşəkkür edirəm".

Hacı Əliyev finalda Ermənistan təmsilçisi Vazgen Tevanyana uduzmasından da danışıb: "Bilirəm ki, bu məğlubiyyət hər kəs üçün pis oldu. Amma inanin ki, ən pis olan, ən çox əziyyət çəkən yenə də özüməm. Olimpiadada görüşənədək". Allah mənə güc və səbr versin".

Qeyd edək ki, Hacı Əliyev Tokio Yay Olimpiya Oyunlarına lisenziyanı 65 kq çəki dərəcəsində qazanıb.


Digər xəbərlər