DÇ-2022-də qadın baş hakim

  Bölmə: Xarici futbol | 405 | 10:36 26-03-2021
DÇ-2022-də qadın baş hakim

Fransadan olan qadın referi Stefani Frappar 2022-ci il dünya çempionatının seçmə mərhələsinin Niderland - Latviya oyununa təyinat alıb.

OLİMPSPORT xəbər verir ki, görüş martın 27-də Amsterdamdakı "Yohan Kruiff Arena"da təşkil olunacaq. G qrupunda ilk turun oyunlarında Niderland Türkiyəyə 2:4, Latviya isə Monteneqroya 1:2 hesabı ilə uduzub.

37 yaşlı Frappar karyerasında ilk dəfə kişilər arasındakı dünya çempionatının seçmə oyununda iş başında olacaq. O, Fransa Liqa 1, UEFA Super Kuboku və Çempionlar Liqasında oyun idarə etmiş ilk qadın baş hakimdir.


Digər xəbərlər