"Fənərbaxça" Erol Bulutu istefaya göndərdi

  Bölmə: Xarici futbol | 417 | 10:37 26-03-2021
"Fənərbaxça" Erol Bulutu istefaya göndərdi

"Fənərbaxça" baş məşqçisi Eol Bulutla yollarını ayırıb.

OLİMPSPORT xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Onunla gələn ilin yayına qədər olan müqavilənin qarşılıqlı razılaşma ilə ləğv edildiyi bildirilib. Komandanı mövsümün sonuna qədər klubun idman direktoru Emre Belözoğlu çalışdıracaq.


Qeyd edək ki, Erol Bulut ötən ilin avqust ayından İstanbul klubunun baş məşqçisi idi. Komanda hazırda Superliqada 59 xalla 3-cü pillədə qərarlaşıb.

Digər xəbərlər