FİFA transferlərdə yaş limitini dəyişir

  Bölmə: Xarici futbol | 389 | 16:43 27-03-2021
FİFA transferlərdə yaş limitini dəyişir

Gənc futbolçuların transferi ilə bağlı yaş limiti dəyişdirilir.

OLİMPSPORT xəbər verir ki, bunu Braziliya Futbol Konfederasiyasının prezidenti Rojerio Kabolko açıqlayıb.

O, A və B seriyası klubları ilə görüşündə bildirib ki, FİFA oyunçuların Avropa klublarına satışı və keçidi üçün yaş limitini 16-ya endirəcək. Hazırkı qaydalara əsasən 18 yaşadək oyunçular istisna hallarda azad agent və ya icarə yolu ilə ölkə xaricinə transfer oluna bilər.

Karolko FİFA-nın yeniliyinin tezliklə qüvvəyə minəcəyini, lakin konfederasiyanın buna qarşı mübarizə aparacağını da qeyd edib. Çünki belə addım Braziliya klublarına ciddi maliyyə zərbəsi vuracaq. Avropa klubları cənubi amerikalı istedadları daha gənc, yəni nisbətən ucuz qiymətə heyətinə qatacaq.


Digər xəbərlər