FİFA Türkiyə millisini təbrik etdi

  Bölmə: Xarici futbol | 364 | 16:48 28-03-2021
FİFA Türkiyə millisini təbrik etdi

FİFA ötən gecə DÇ-2022-nin seçmə mərhələsində Norveçə böyük hesabla (3:0) qalib gələn Türkiyə millisini təbrik edib.

OLİMPSPORT xəbər verir ki, dünyanın ali futbol qurumu DÇ-2022-nin Tvitter hesabından komandanın paltardəyişmə otağında çəkilən fotosunu paylaşaraq yazıb:

"Möhtəşım bir oyun! Türkiyə Norveçi 3:0 hesabı ilə məğlub etməklə 2002-ci ildə Dünya çempionatındakı uğurlarından da daha yaxşı nəticə əldə edə biləcək bir səviyyədə olduqlarını göstərdi. Türkiyə seçmə mərhələnin ilk iki turunda qalib gəldi".

Qeyd edək ki, Türkiyə G qrupunda 6 xalla liderdir.


Digər xəbərlər