İbrahimoviç milliyə dönüşündən danışdı

  Bölmə: Xarici futbol | 412 | 19:07 29-03-2021
İbrahimoviç milliyə dönüşündən danışdı

"Komanda yoldaşlarıma dedim ki, artıq mənim qol vurmağım lazım deyil. Çünki yığmada yetərincə qol vurmuşam. Onlara kömək edirəm ki, onlar mənim rekorduma yaxınlaşsınlar".

OLİMPSPORT "Mundo Deportivo"ya istinadən xəbər verir ki, bu sözləri İsveç millisinin və "Milan"ın futbolçusu Zlatan İbrahimoviç DÇ-2022-nin seçmə mərhələsinin 2-ci turunda Kosovo ilə matçdan (3:0) sonra deyib. O, yığmaya qayıtması və komanda yoldaşlarına kömək etmək istəyi barədə danışıb:

 

"Vaxt keçdikcə millinin oyunçularını həm meydanda, həm də meydandan kənarda daha yaxşı tanıyıram. Kosova ilə görüş bizim üçün yaxşı keçdi. Ancaq bu, sırf mənə və ya Aleksandr İsaka görə olmayıb. Özümdən maksimum yararlanmaq üçün milliyə qayıtmışam. İstəyirəm ki, mənə hamı kimi rəftar edilsin".

Qeyd edək ki, İbrahimoviç 2001-2016-cı illərdə də İsveç yığmasında oynayıb. O, 116 matçda 62 qol vurub və komandanın bombardiri olub. Bu il martın ortalarında isə 39 yaşlı hücumçunun yenidən yığmaya qayıtdığı açıqlanıb. Təcrübəli forvard DÇ-2022-nin ilk iki oyununda 2 qol ötürməsi ilə komandasına fayda verib.


Digər xəbərlər