DÇ-2022-də seçmə mərhələ davam edir

  Bölmə: Xarici futbol | 295 | 11:09 30-03-2021
DÇ-2022-də seçmə mərhələ davam edir

Bu gün futbol üzrə 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində 3-cü tura start veriləcək.

OLİMPSPORT xəbər verir ki, turun ilk oyun günündə 4 qrupda 10 qarşılaşma keçiriləcək.

Azərbaycan yığmasının Serbiyanı qəbul edəcəyi A qrupunda Portuqaliya Lüksemburqun qonağı olacaq. Bu qrupda yer alan İrlandiya seçməsi yoldaşlıq görüşündə Qətərlə üz-üzə gələcək.

E qrupunda Çexiya Uelslə, Belarus isə Belçika ilə qarşılaşacaq.

G qrupunda maksimum nəticə göstərən Türkiyə millisi Latviyanı sınağa çəkəcək. Niderland Cəbəllütariqın qonağı olacaqsa, Monteneqro Norveçi qəbul edəcək.

DÇ-2022, seçmə mərhələ, 3-cü tur
30 mart

A qrupu
20:00. Azərbaycan - Serbiya

22:45. Lüksemburq - Portuqaliya

Yoldaşlıq görüşü

22:45. Qətər - İrlandiya

Xal durumu: Serbiya - 4, Portuqaliya - 4, Lüksemburq - 3 (1), Azərbaycan - 0 (1), İrlandiya - 0

E qrupu

22:45. Uels - Çexiya

22:45. Belçika - Belarus

Xal durumu: Çexiya - 4, Belçika - 4, Belarus - 3 (1), Uels - 0 (1), Estoniya - 0

G qrupu

22:45. Cəbəllütariq - Niderland

22:45. Monteneqro - Norveç

22:45. Türkiyə - Latviya

Xal durumu: Türkiyə - 6, Monteneqro - 6, Niderland - 3, Norveç - 3, Latviya - 0, Cəbəllütariq - 0

H qrupu

20:00. Kipr - Sloveniya

22:45. Slovakiya - Rusiya

22:45. Xorvatiya - Malta

Xal durumu: Rusiya - 6, Sloveniya - 3, Xorvatiya - 3, Slovakiya - 2, Kipr - 1, Malta - 1.


Digər xəbərlər