Millidən 3 futbolçu kənarlaşdırıldı

  Bölmə: Xarici futbol | 350 | 12:59 30-03-2021
Millidən 3 futbolçu kənarlaşdırıldı
DÇ-2022-nin seçmə mərhələsinin 3-cü turunda Çexiya ilə qarşılaşacaq Uels milli komandası ciddi itkilərlə üzləşib.
 
OLİMPSPORT xəbər verir ki, Hel Robson-Kanu, Rabbi Matondo və Tayler Roberts yığmanın düşərgəsini tərk edib.
 
Bu barədə Uels Futbol Assosiasiyası məlumat yayıb. Futbolçuların heyətdən çıxarılma səbəbləri açıqlanmayıb.
 
“The Athletic” nəşrinin xəbərinə görə, hər üç futbolçu komandanın məşqçilər korpusunun tətbiq etdiyi qadağalardan birini pozduğu üçün heyətdən kənarlaşdırılıb.
 
Bu gün keçiriləcək Uels – Çexiya matçı saat 22:45-də start götürəcək.

Digər xəbərlər