Avropa çempionatı: Daha bir ağırlıqqaldıranımız medal qazandı

  Bölmə: Olimpiya Növləri | 302 | 16:29 10-04-2021
Avropa çempionatı: Daha bir ağırlıqqaldıranımız medal qazandı

Azərbaycanın daha bir ağırlıqqaldıranı Rusiyanın paytaxtı Moskvadakı Avropa çempionatında qızıl medal qazanıb.

OLİMPSPORT xəbər verir ki, 102 kq çəki dərəcəsində mübarizə aparan Dadaş Dadaşbəyli birdən qaldırmada 177 kq-ı başı üzərinə qaldırıb və bütün rəqiblərini üstələyərək birinci yeri tutub.

Təkanla qaldırmada 202 kq ağırlığın öhdəsindən gələn idmançı bu hərəkətdə 7-ci olub.

Ümumilikdə 279 kq (177+202) nəticə göstərən Dadaşbəyli yekun sıralamada bürünc medala sahib çıxıb.

Yığmanın digər üzvü Əliş Nəzərov toplam 315 kq (141+174) nəticə ilə 13-cü yerlə kifayətlənib.

Qeyd edək ki, Avropa çempionatına aprelin 11-də yekun vurulacaq. Daha əvvəl Boyanka Kostova (59 kq) Avropa çempionatını iki qızıl və bir bürünc medalla başa vurub.


Digər xəbərlər