"Neftçi"dən növbəti önəmli xal itkisi, Bakıda heç-heçə - Yenilənib

  Bölmə: Ölkə futbolu | 332 | 21:43 10-04-2021
"Neftçi"dən növbəti önəmli xal itkisi, Bakıda heç-heçə - Yenilənib

Bu gün Azərbaycan Premyer Liqasında 22-ci tura start verilib.

 

Olimpsport xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib. "Neftçi" səfərdə "Qəbələ"nin qonağı olub. Görüş 2:2 hesabı ilə başa çatıb. 21-ci turda "Sumqayıt"a uduzan (0:2) Bakı təmsilçisi ardıcıl 2 oyunda qələbə qazana bilməyib.

 

Digər görüşdə isə "Sabah" doğma meydanda "Səbail"lə üz-üzə gəlib və qolsuz bərabərə qalıb.

 

10 aprel (şənbə)

 

18:00. “Sabah” –“Səbail” - 0:0

Qırmızı vərəqə: Məqsəd İsayev, 90+2-iki sarı vərəqə ("Səbail")

Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Kamran Bayramov, Namiq Bəkirov

“Bank Respublika Arena"

 

16:00. “Qəbələ” – “Neftçi” - 2:2

Qollar: Ceyms Adeniyi, 54 (1:0), Mirabdulla Abbasov, 62 (1:1), Yurqen Qoxa, 67 (2:1), Emin Mahmudov, 71-pen (2:2)

Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Fərid Hacıyev

Qəbələ şəhər stadionu

 

11 aprel (bazar)

 

17:00. "Zirə" - "Keşlə"

 

19:15. "Qarabağ" - "Sumqayıt"

 

 


Digər xəbərlər