Sənan Qurbanov meydandan şikayətləndi

  Bölmə: Ölkə futbolu | 734 | 22:31 11-04-2021
Sənan Qurbanov meydandan şikayətləndi

"Zirə səfəri hər zaman çətin olub. Futbolçular əllərindən gələni etdilər. Meydan da ağır idi. Futbolçuların zədələnməməsi bizim üçün vacibdir".

 

Olimpsportun məlumatına görə, bu fikirləri "Keşlə" klubunun baş məşqçisi Sənan Qurbanov səfərdə "Zirə" ilə qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXII tur oyunundan sonra mətbuat konfransında deyib.

 

41 yaşlı mütəxəssis matçı zədəsiz və 1 xalla başa vurmalarının sevindirici hal olduğunu bildirib: "Tərlan Quliyevin zədəsinin yüngül olacağına ümid edirik. Qələbə bizim üçün vacib idi. Futbolçular tapşırıqları yerinə yetirdilər".

 

Qurbanov Sezar Meza Kolli ilə Yevgeni Koçuku meydana buraxmamasının səbəbini dəaçıqlayıb: "Onlar uzun müddət idi komandayla çalışmırdı. Futbolçuları qorumaq üçün risk etmədim".


Digər xəbərlər