Rəşad Sadıqov heç-heçədən danışdı

  Bölmə: Ölkə futbolu | 270 | 22:32 11-04-2021
Rəşad Sadıqov heç-heçədən danışdı

"Son turlarda yaxşı oyun nümayiş etdirən komandaya qarşı oynadıq. Sürətli hücuma çıxdıqlarını bilirdik. Uzun müddət qələbə qazanmasalar da, təhlükəli komanda olduqlarını görürük".

 

Olimpsportun məlumatına görə, bu fikirləri "Zirə" klubunun baş məşqçisi Rəşad Sadıqov evdə "Keşlə" ilə qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXII tur matçından sonra mətbuat konfransında deyib.

 

39 yaşlı mütəxəssis meydana qələbə üçün çıxdıqlarını bildirib: "Qələbə qazanmaq istəyirdik, bəzi məqamlarda son zərbələr uğursuz oldu. Bir xal qazandıq, irəliyə baxacağıq. "Keşlə" ilə kubokda da iki oyunumuz var. Bizi gərgin oyunlar gözləyir".


Digər xəbərlər