Ronaldo bu dəfə formasını yerə atdı

  Bölmə: Xarici futbol | 293 | 17:00 12-04-2021
Ronaldo bu dəfə formasını yerə atdı

“Yuventus”un futbolçusu Kriştiano Ronaldo növbəti hərəkəti ilə medianın gündəminə gəlib.

OLİMPSPORT “Footbal İtalia”ya istinadən xəbər verir ki, o, "Cenoa" ilə matçdan sonra (3:1) formasını qazonun üstünə atıb. Daha sonra topdaşıyan uşaqlardan biri gəlib, formanı yerdən götürüb. Məşhur jurnalist Romeo Aqrestinin məlumatına görə, 36 yaşlı hücumçu köynəyi məhz həmin oğlanın xahişi ilə ora atıb. Baş məşqçi Andre Pirlo isə açıqlamasında bildirib ki, portuqaliyalı oyunçu bu hərəkətinə görə cəzalandırılmayacaq:

 

“Bu normaldır. Ronaldo, xüsusən oyun çətinləşəndə qol vurmaq istəyirdi. Çünki çempiondur. Digər oyunçularda olduğu kimi o da üzülə bilər. Matç bitdi və onun əsəbi olması normaldır. Klubun onu cərimə edəcəyini düşünmürəm”.

Xatırladaq ki, Ronaldo Portuqaliya millisinin heyətində DÇ-2022-nin seçmə mərhələsində Serbiya ilə matçda hakimin onun təmiz qolunu qeydə almadığı üçün əsəbiləşib və kapitanlıq sarğısını yerə çırpmışdı.


Digər xəbərlər