Sabahda yeni müqavilə

  Bölmə: Ölkə futbolu | 221 | 18:11 12-04-2021
Sabahda yeni müqavilə

“Sabah” klubu futbolçusu Tiemoko Fofananın transfer hüququna yiyələnib.

 

Olimpsport paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Finlandiyanın “İlves” klubu ilə 21 yaşlı hücumçunun keçidinə dair razılığa gəlinib. Afrikalı forvardla 3 illik müqavilə imzalanıb.

 

Kot d İvuardan olan futbolçu bu ilin yanvarında “İlves”dən icarəyə götürülüb.

 

Fofana cari mövsüm Azərbaycan Premyer Liqasında 8 oyun keçirib, 1 qola imza atıb.


Digər xəbərlər