Premyer Liqamızda gənclərə ən çox şans verən komanda açıqlandı

  Bölmə: Ölkə futbolu | 161 | 18:13 12-04-2021
Premyer Liqamızda gənclərə ən çox şans verən komanda açıqlandı

Azərbaycan Premyer Liqasında 21 yaşadək futbolçulara ən çox şans verən komanda müəyyənləşib.

 

Olimpsport xəbər verir ki, ilk pillədə "Qəbələ" yer alıb. Yaş ortalaması 26,5 olan "qırmızı-qaralar" 21 yaşadək olan oyunçularına orta hesabla 10,4 faiz şans verib.

 

"Qarabağ" (26,6 yaş; 9,5 faiz) bu göstəriciyə görə ikinci, "Sabah" isə (26,7 yaş; 7,6 faiz) üçüncü pillədədir.

 

Sonrakı sıralarda "Sumqayıt" (25,7 yaş; 5,4), "Keşlə" (27,7 yaş; 4,1 faiz), "Neftçi" (26,4 yaş; 4 faiz), "Zirə" (25,7 yaş; 3,7 faiz) və "Səbail" (26,7 yaş, 1,5 faiz) yer alıb.


Digər xəbərlər