Azərbaycan klubları dünyada neçəncidir? - SİYAHI

  Bölmə: Ölkə futbolu | 288 | 18:16 12-04-2021
Azərbaycan klubları dünyada neçəncidir? - SİYAHI

Beynəlxalq İdman Araşdırmalar Mərkəzi 21 yaşadək futbolçulara ən çox şans verən klubların reytinq siyahısını dərc edib.

Olimpsportun məlumatına görə, araşdırma dünyanın 71 yüksək liqasından 999 klub arasında aparılıb.

İlk "10-luğ"a Latviyanın 4 klubu düşüb. Onlardan "Metta" (19,9 yaş; 88,1 faiz) 1-ci, "Valmiera" (21,7 yaş; 51,5 faiz) 3-cü, "Dauqavpils" (22,8 yaş; 51,1 faiz) 4-cü, Yurmala "Spartak"ı (22,5 yaş; 38,9 faiz) isə 9-cu yerdə qərarlaşıb.

 

Moldova təmsilçilərindən Buyukan "Daçiya"sı (22,3 yaş; 57,6 faiz) 2-ci, "Zimbru" 6-cı (22 yaş; 48,7 faiz) olub. Qalan 4 pillədə Danimarka "Norşellan"ı (21,7 yaş; 48,9 faiz), Monteneqro "Titoqrad"ı (23 yaş; 47,6 faiz) Sinqapur "Yanq Lions"u (20,5 yaş; 47,2 faiz) və Slovakiya "Jilina"sı (21,1 yaş; 38,5 faiz) qərarlaşıb.

 

Azərbaycan klublarının isə mövqeləri belədir:

 

289. "Qəbələ" (26,5 yaş; 10,4 faiz)

338. "Qarabağ" (26,6 yaş; 9,5 faiz)

426. "Sabah" (26,7 yaş; 7,6 faiz)

531. "Sumqayıt" (25,7 yaş; 5,4)

614. "Keşlə" (27,7 yaş; 4,1 faiz)

622. "Neftçi" (26,4 yaş; 4 faiz)

639. "Zirə" (25,7 yaş; 3,7 faiz)

770. "Səbail" (26,7 yaş, 1,5 faiz)

Ramin Allahverdiyev 

 

 


Digər xəbərlər