Çempionlar Liqası: İlk yarımfinalçılar müəyyənləşir

  Bölmə: Xarici futbol | 184 | 09:50 13-04-2021
Çempionlar Liqası: İlk yarımfinalçılar müəyyənləşir

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarına start veriləcək.

İlk oyun günündə iki qarşılaşma keçiriləcək.

İngiltərənin "Çelsi" klubu koronavirus pandemiyası səbəbindən Portuqaliya "Portu"sunu İspaniyadakı "Ramon Sançes Pisxuan" stadionunda qəbul edəcək. London təmsilçisi bu arenadakı ilk görüşdə rəqibini 2:0 hesabı ilə üstələyib. "Zadəganlar"ın heyətində zədəli olan Andreas Kristensen və Tyaqo Silvanın durumuna oyun vaxtı aydınlıq gələcək. "Portu"da isə itki yoxdur.

Günün maraqla gözlənən matçı Fransada gerçəkləşəcək. Almaniyada "Bavariya"nı 3:2 hesabı ilə üstələmiş PSJ-ni yarımfinala vəsiqə üçün heç-heçə, hətta 1:2-dək minimal fərqli məğlubiyyətlər də qane edir. Paris təmsilçisində Mauro İkardi, Münhen klubunda isə Niklas Süle, Duqlas Kosta, Korenten Tolisso, Serj Qnabri və Robert Levandovski zədəlidir.

Çempionlar Liqası,

Cavab oyunları

23:00. "Çelsi" (İngiltərə) - "Portu" (Portuqaliya)

İlk oyun - 2:0

23:00. PSJ (Fransa) - "Bavariya" (Almaniya)

İlk oyun - 3:2

Qeyd edək ki, 1/4 finalın digər iki cavab oyunu aprelin 14-də olacaq.

Ramin Allahverdiyev 


Digər xəbərlər