Münhen də Avro-2020-yə hazır deyil

  Bölmə: Qatar-2022 | 382 | 21:17 13-04-2021
Münhen də Avro-2020-yə hazır deyil

Avro-2020-nin oyunlarına ev sahibliyi edəcək 12 şəhərdən biri Münhen də azarkeşlərlə bağlı təminat verə bilmir.

Bu barədə "Bild" nəşri məlumat yayıb. Şəhərin meri Diter Rayter məsələ ilə bağlı açıqlama verib. O, deyib ki, görüşlərə azarkeş qəbul etməyə hazır deyillər: “Təəssüf ki, hazırda Bavariyada olan koronavirusla bağlı qaydaları və yoluxmanın yayılma göstəricilərinə əsasən oyunların azarkeşsiz keçiriləcəyini istisna etmək mümkün deyil”.

Əvvəllər də bildirdiyimiz kimi, hələlik 8 şəhər - Bakı, Amsterdam, Budapeşt, Buxarest, Qlazqo, Kopenhagen, London və Sankt-Peterburq şəhərləri azakeşlərlə bağlı təminat verib.

Ramin ALLAHVERDİYEV


Digər xəbərlər