Roma da Avro-2020 ilə bağlı problemini həll etdi

  Bölmə: Avro-2020 | 118 | 18:17 14-04-2021
Roma da Avro-2020 ilə bağlı problemini həll etdi

AVRO-2020-nin İtaliyanın paytaxtı Romada keçiriləcək oyunlarına azarkeşlər buraxılacaq.

OLİMPSPORT xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina danışıb. O, deyib ki, artıq məsələ ilə bağlı yerli hökumətdən razılıq alınıb.

Funksioner oyunlar zamanı tribunada Olimpiya Stadionunun ümumi azarkeş tutumunun (72 000 tamaşaçı) 25 faizi qədər tamaşaçı olacağını bildirib. Bu isə o deməkdir ki, hər qarşılaşmada 18 000 fanat iştirak edəcək.

Daha əvvəl Bakı, Sankt-Peterburq (Rusiya), Budapeşt (Macarıstan), Amsterdam (Niderland), Buxarest (Rumıniya), Kopenhagen (Danimarka) və Qlazqo (Şotlandiya) UEFA-ya azarkeşlərlə bağlı təminat verib.

Qeyd edək ki, koronavirus pandemiyasına görə təxirə salınmış AVRO-2020-yə Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Dublin (İrlandiya), Kopenhagen (Danimarka), Bilbao (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan) və Amsterdam (Niderland) şəhərləri də ev sahibliyi etməlidir. Oyunlar bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir.

Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək. 4 oyununun hər birində ümumi tamaşaçı tutumunun 50 faizi qədər azarkeş iştirak edə biləcək.

 

Ramin Allahverdiyev


Digər xəbərlər