Rafael Ağayev Neymar, Novak Cokoviç və Lebron Ceymslə eyni siyahıda

Yaponiyanın paytaxtı Tokiodakı Yay Olimpiya Oyunlarında iştirak edəcək ulduzların adları açıqlanıb.
OLİMPSPORT-un məlumatına görə, "Globoesporte" nəşri olimpiadanın startına 100 gün qalmış, müxtəlif idman növləri üzrə 100 ən yaxşı idmançının siyahısını tərtib edib.
Siyahıya Azərbaycanın karate üzrə 5 qat dünya və 11 qat Avropa çempionu Rafael Ağayev də düşüb. Ağayev bu idman növündə yer alan yeganə karateçi olub.
"100-lük"də Braziliya millisinin və Fransa PSJ-nin ulduz futbolçusu Neymar, məşhur tennisçilər - ispaniyalı Rafael Nadal, serbiyalı Novak Cokoviç və isveçrəli Rocer Federer, ABŞ təmsilçisi Serena Uilyams, basketbolçular Lebron Ceyms və Stefen Karri kimi digər tanınmış simalar da var.
Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları koronavirus pandemiyası ilə əlaqədar 2020-ci il 24 iyul - 9 avqustdan bu il 23 iyul - 8 avqusta təxirə salınıb. Yay Paralimpiya Oyunları isə 24 avqust - 5 sentyabrda gerçəkləşməlidir.
-
Fərid Qayıbov Avropa Şahmat İttifaqının prezidentini qəbul edib
...
-
Çövkən oyunu üzrə "Prezident Kuboku"nun final görüşü keçirilib
...
-
Nazir Gözəl Zutovanı və onun məşqçisini qəbul edib
...
-
Triatlon Federasiyasının yeni prezidenti seçilib
...
-
Cüdo üzrə Bakı Kubokuna start verilib
...
-
Fərid Qayıbov Azərbaycan Stolüstü Tennis Federasiyasında olub
...
-
Taleh Ziyadov bu federasiyanın yeni prezidenti seçilib
...
-
Fərid Qayıbov Beynəlxalq Abilimpiya Federasiyasının nümayəndələrini qəbul edib
...
-
Azərbaycan Pouerliftinq Federasiyası milli yığma komandasının təlim-məşq bazasının açılış olub
...
-
Azərbaycanın 2 karateçisi Dünya Oyunlarına lisenziya qazanıb
...